İnsanlara hürriyət, millətlərə istiqlal!

Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxs həbs edilib

Ermənistanın hazırkı xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri 2 ay müddətinə həbs edilib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda istintaq davam edir.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalandığı gün A.Mirzoyana hücum olub. A.Mirzoyan həmin vaxt Ermənistan parlamentinin spikeri vəzifəsində çalışırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR