Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Xatırladaq ki, görüşün keçiriləcəyini Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. Onun sözlərinə görə, görüş Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasına yönələcək.
Bu formatda əvvəlki görüş Tehranda baş tutub.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ