İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın müdafiə naziri: "Kellogla görüş məhsuldar və uğurlu keçdi"

Ukraynanın müdafiə naziri Rüstəm Umerov ABŞ-ın xüsusi nümayəndəsi ilə keçirilən görüşün uğurlu və konstruktiv keçdiyini bildirib.

Musavat.com xəbər verir ki, nazir bu barədə Ukrayna telemarafonunun efirində danışıb.

"ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə görüşdən sonra ABŞ-ın xüsusi nümayəndəsi ilə daha əhatəli müzakirələr apardıq. Biz sülh yolu ilə nizamlanmaya açıq olduğumuzu nümayiş etdiririk. Ciddə və Ər-Riyadda da bunu göstərmişdik – Ukrayna ədalətli və dayanıqlı sülh istəyir", – deyə Umerov qeyd edib.

Nazir görüş zamanı atəşkəs, təhlükəsizlik zəmanətləri və Ukraynanın bu məsələlərdə ardıcıl mövqeyinin müzakirə olunduğunu vurğulayıb: "Mənim fikrimcə, görüş çox məhsuldar və uğurlu keçdi".

Bu bəyanat Ukraynanın beynəlxalq diplomatik səylərini davam etdirdiyini və ABŞ-la əməkdaşlığın dərinləşdiyini göstərir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR