İnsanlara hürriyət, millətlərə istiqlal!

Arakelyandan Ruben Vardanyanın istefası ilə bağlı ŞOK AÇIQLAMA

“Ruben Vardanyan istefa verməyəcək, işdən çıxarılacağı təqdirdə isə Qarabağı tərk etməyəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ruben Vardanyanın müşaviri Mesrop Arakelyan “Azadlıq” radiosuna müsahibəsində bildirib.

“Bu söhbətlər yeni deyil. İndi də bəyan edirəm ki, Ruben Vardanyan istefa vermək və Qarabağı tərk etmək niyyətində deyil, çünki onun və bizim komandanın mövqeyi Ermənistan rəhbərliyinin mövqeyi ilə müəyyən edilmir. Hər hansı siyasi dəyişikliyin olub-olmamasından asılı olmayaraq, Ruben Vardanyanın Qarabağa (qondarma, oyuncaq “dqr” nəzərdə tutulur - red.) sədaqəti dəyişməz qalacaq və o, mövcud təhdidlərə tab gətirmək üçün əlindən gələni edəcək”, - deyə Arakelyan söyləyib.

Vardanyanın tutduğu vəzifədən uzaqlaşdırıla biləcəyi məsələsinə gəldikdə, Mesrop Arakelyan onda belə bir məlumat olmadığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR