İnsanlara hürriyət, millətlərə istiqlal!

Araiklə Paşinyanın razılaşmasında ŞOK detallar – Qarabağdan çıxır və… - Üzeyir Cəfərovla “Canlı debat”

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın tezliklə "vəzifəsindən" gedəcəyi gözlənilir. Artıq bir neçə gündür ki, Ermənistan mətbuatı bu məsələni gündəmə gətirərək, separatçı başının devrilməsi, onun yerinə Rusiyadan Qarabağa köçən erməni milyarder Ruben Vardanyan gətirilməsi haqda xəbərlər tirajlayır. Məlumata görə, baş nazir Nikol Paşinyan da Arutyunyanın getməsində maraqlıdır.


Belə ki, bu yaxınlarda Arayik paytaxt İrəvanda olmasına baxmayaraq, Təhlükəsizlik Şurasının iclasına dəvət olunmayıb. Məsələ burasındadır ki, Arayik bundan əvvəl dəfələrlə Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılıb. Erməni mətbuatı Arayik Arutyunyanın Praqa görüşünün müzakirə olunduğu Təhlükəsizlik Şurasının iclasına niyə çağırılmadığı sualına cavab axtarır.

"Hraparak” qəzetinin irəli sürdüyü versiyaya görə, Paşinyan Arayikə qarşı bu yanaşma ilə Azərbaycan rəhbərliyini inandırmağa çalışır ki, Qarabağ mövzusu rəsmi İrəvan üçün artıq bağlıdır.

“İstisna deyil ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyandan təkcə Qarabağa getməmək deyil, həm də “Artsax rəsmiləri”ni qəbul etməmək, birgə iclaslar keçirməmək barədə birbaşa tələbidir”,- deyə qəzet qeyd edib.

Erməni mediasında yazılanlar onu deməyə əsas verir ki, Arutyunyan tək "postunu" deyil, həm də Qarabağı tərk etməli olacaq.

Nələr baş verir? Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərov olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR