İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Arutyunyan Qarabağa qayıda bilmir?

Musavat.com xəbər verir ki, Qarabağdakı erməni separatçılarının lideri, müharibə canisi Araik Arutyunyan Qarabağa qayıda bilmir. Bunun səbəbi Ermənistanla Xankəndini bağlayan şərti adı ‘’Laçın dəhlizi’’ olan yolun bağlı olmasıdır.

Məlum olduğu kimi, həmin yolun Şuşanın aşağı hissəsindən keçən ərazisində Azərbaycan ekoloqlarının, QHT təmsilçilərinin aksiyası keçirilir. Bu aksiyanı əldə bəhanə edən Rusiya sülhməramlıları yolu beton baryerlərlə tam qapadıblar. Bu səbədən də hazırda Qarabağdakı ermənilər Ermənistan ərazisinə keçə bilmirlər.

Qarabağa, Xankəndinə də Ermənistandan bütün gəlişlər dayandırılıb. İddialara görə, bu səbəbdən də Fransa səfərindən geri qayıdan Araik Arutyunyan Xankəndindəki separatçı yuvaya qaylda bilmir.

Bu iddia rəsmi qaynaqdan yayılmayıb. Lakin tamamilə məntiqli göründüyü üçün onun müzakirəyə çıxarılmasına qərar verdik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR