İnsanlara hürriyət, millətlərə istiqlal!

Antonov: "Rusiya lazım bildiyi zaman Ukraynanın Kremlə hücumuna cavab verəcək"

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib ki, Kiyevin Kremlə planlaşdırdığı PUA hücumuna Rusiyanın cavabı ölkə hakimiyyətinin lazım bildiyi zaman gələcək.

Musavat.com xarici mediaya istinadla bildirir ki, səfir dronla Kremlə zərbə endirmək cəhdini “cəsarətli və təkəbbürlü terror hücumu” adlandırıb: “Rusiya cəsarətli və təkəbbürlü terror hücumuna cavab verəcək. Lazım bildiyi zaman cavab verəcək. O, Kiyevin ölkəmizin rəhbərliyi üçün yaratdığı təhlükə ilə bağlı qiymətləndirmələrə uyğun cavab verəcək”.

Moskvada baş verənlərlə bağlı Amerika hakimiyyətinin bəyanatlarını şərh edən səfir onların sinizmini və absurdluğunu qeyd edib. Antonov Kremlə hücumun “yalançı bayraq əməliyyatı” olması versiyasını küfr və aldadıcı adlandırıb.

“Yəni dövlətçiliyimizin ürəyinə qarşı təxribatı məhz Rusiyanın özü təşkil edib?!”, – diplomat hiddətlənib.

Antonovun sözlərinə görə, baş verənlər Kiyevdə vəziyyətin sülh yolu ilə nizamlanmasına səy göstərmədiyini göstərir.

“Biz xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrinin həyata keçirilməsində xəttimizi qurarkən bu vəziyyəti nəzərə alacağıq”, - səfir vurğulayıb.

Xatırladaq ki, ötən gecə PUA-ların köməyi ilə Kremlə hücum cəhdi edilib. Hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələri məhv edib. Kiyevdə onlar insidentdə iştirak etmədiklərini bəyan ediblər. İstintaq Komitəsi dron hücumu faktı ilə bağlı cinayət işi açıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR