İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Əsədlidən XƏBƏR VAR

Keçmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığı müddəti uzadılıb.

Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə sabiq partiya sədrinin ev dustaqlığı müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

Xatırladaq ki, bir müddət əvvəl Anar Əsədli ev dustaqlığına buraxılıb, iş üzrə zərərçəkən 4 nəfərdən üçünə dəymiş zərər tam, yerdə qalan bir nəfərə dəymiş zərər isə qismən ödənilib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR