Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna böhranı və beynəlxalq münasibətlərlə bağlı planlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya danışıqlar heyəti İstanbulda keçirilən görüşlər zamanı Prezident Putinlə daimi əlaqədədir və dövlət başçısı bütün məlumatları real vaxt rejimində alır.
O qeyd edib ki, nümayəndə heyəti danışıqlara dair bütün vacib təlimatları Kremlin rəhbəri ilə keçirilmiş müşavirədə əldə edib.
Peskov eyni zamanda, Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün mütləq keçirilməli olduğunu deyib. Onun fikrincə, belə bir görüş ciddi və əhatəli hazırlıq mərhələsindən sonra baş tutmalı, əsas diqqət beynəlxalq məsələlərə və Ukrayna ilə bağlı vəziyyətə yönəlməlidir. Kreml sözçüsü qeyd edib ki, Putin və Tramp arasında təmaslar Ukrayna böhranının həlli baxımından olduqca mühüm rol oynayır.
Rusiya–NATO münasibətlərinə də toxunan Peskov bildirib ki, Şuranın işini bərpa etmək üçün indiyə qədər heç bir əsaslı təşəbbüs irəli sürülməyib. Hazırkı vəziyyətdə, NATO-nun Rusiya ilə faktiki qarşıdurmada olduğu bir zamanda, tərəfdaşlıqdan danışmağın mümkünsüz olduğunu vurğulayıb.
Bundan əlavə, Peskov Avropa qitəsində strateji sabitlik məsələlərinin mümkün qədər tez müzakirəyə çıxarılmasının vacibliyini də diqqətə çatdırıb.
Kreml nümayəndəsinin verdiyi məlumata görə, Putin bu gün günorta saatlarında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək. Axşam saatlarında isə Prezidentin beynəlxalq telefon danışığı aparacağı ehtimal olunur, lakin hansı ölkənin lideri ilə əlaqə saxlayacağı açıqlanmayıb.
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ