Onlayn ictimai-siyasi qəzet
Qusarda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Ağası Məmmədbəyovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, Ağası Məmmədbəyov "VAZ-2110" markalı avtomobillə piyada Səlim Qubatovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, avtomobil Ağasının qardaşı Rəşada məxsus olub. Hadisə baş verən gün Rəşadın toyu imiş.
Ağası qardaşının toy məclisində ofisiant kimi işləməyə gəlmiş şəxsləri kəndlərinə aparan zaman yolda qəza baş verib. Ağası deyib ki, əks yoldan gələn avtomobilin led işıqları onun gözünə düşüb və ani olaraq yolu görməyib. Piyadanı 2-3 metr məsafədə görsə də, qəzanın qarşısını ala bilməyib.
Mərhumun atası Ağası ilə barışıq əldə edib.
Məhkəmənin hökmü ilə Ağası barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Ağası cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İ.Muradov
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ