İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur “Chailab” restoranı 20 min cərimələnib - Aşpaz köməkçisi şikayət edib

Bakının məşhur restoranlarından biri olan “Chailab” əmək müqaviləsiz işçi işlətdiyi üçün 20 min manat cərimələnib.

Musavat.com-un əldə etdiyi məlumata görə, restoranda aşpaz köməkçisi əmək müqaviləsi bağlanmadan işə cəlb edilib.

Restoranın təsisçisi Vəsilə Quliyeva, direktoru isə onun həyat yoldaşı Bayraməli Quliyevdir.

Bayraməli Quliyev aşpaz köməkçisi işlədiyini deyən şəxsin onlara şər atdığını bildirib. Qeyd edib ki, restorana aşpaz köməkçisi axtarmaları ilə bağlı vakansiya elan ediblər, lakin işçi tapa bilməyiblər.

Restorana aşpaz köməkçisi axtarılması ilə bağlı müxtəlif elanlar internet resurslarında yer alır.

Bayraməli Quliyev bildirib ki, mətbəxdə Fərid adlı şəxs aşpaz kimi çalışıb.

Hüseyn adlı şəxsin onlardan şikayət etməsi şər və böhtandır. Onun sözlərinə görə, Hüseyn adlı şəxs restoranda yalandan aşpaz köməkçisi vəzifəsində əmək müqaviləsi olmadan çalışdırıldığını deyərək ondan pul tələb edib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR