Onlayn ictimai-siyasi qəzet
Aktyor Hikmət Rəhimov martın 12-si axşam saatlarında Gəncədə vəhşicəsinə qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, aktyor hadisədə cəmiyyəti günahlandırıb:
"Göte deyir ki, bir cəmiyyətin nə vəziyyətdə olduğunu bilmək istəyirsinizsə, onun teatrına baxın. Heç kim cəmiyyət üçün heç nə etmək istəmir. Nə qədər adamla söhbət etmək istədim, anladım ki, mümkün deyil. Boş-boş danışmağı əla bacarırıq.
Bütün çəkdiyim filmlərin mövzusu sevgisizlik idi. Cəmiyyətin hara üz aldığını bilirdim. Bu, bir nəfərə maraqlı oldu? Qətiyyən. Çünki əyləncəsi yemək olan bir toplum belə bir vəziyyətə gəlməlidir".
Könül
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ