İnsanlara hürriyət, millətlərə istiqlal!

Ana südü ilə “keçən” xəstəlik: ermənilər bu şansı da qaçırsa... - Paşinyanın ən qəliz tənliyi bu!

İrəvan rəsmiləri yavaş-yavaş da olsa, ağla və biz deyənə gəlirlər. Doğrudur, gerçəyin dərki çox ağır gedir, amma ayrı yolları qalmayıb. Paşinyanın yerində Pişikyan da olsa, vəziyyət indikindən fərqlənməyəcək. Qoy revanşistlər qulaqlarını açıb yaxşı eşitsinlər.

Əgər burunlarından bir azca uzağı görə bilsəydilər, 35 illik mənasız “miatsum” davasının “Qafqaz qaraçıları”nı haradan hara gətirdiyini emosiyasız-filansız təhlil edib nəticə çıxarar, tövbəyə gələrdilər. Nəinki faciəvi yolu təkrarlamağa maniakal cəhdlər göstərərdilər.

“Biz Dağlıq Qarabağ xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Ona görə də onların statusu ilə bağlı məsələni həll etmək hüququmuz yoxdur, biz bunu iddia etməmişik və etməyə çalışmırıq”.

Revanşist düşərgədə faktiki şok effekti yaradan bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən parlamentdə söyləyib. O saat da radikallar, Qarabağdakı separatçı qarğa-quzğunlar hərəkətə keçib, Mirzəyanı topa tutublar, milli xəyanətdə suçlayıblar.

Hərgah, adı belə özündə Türkiyəyə ərazi iddiasını ehtiva edən Ararat Mirzəyan Azərbaycana münasibətdə mötədil siyasətçi sayılmaz. Son açıqlamasında da o, əslində ərazi bütövlüyümüzün tanınması kontekstində qeyr-adi nəsə bildirməyib.

Amma kimə deyirsən. İt hürüşməsi, çaqqal ulaşması təzədən aləmi başına götürüb. Xüsusən də “Şeytan yuvası” Xankəndində Azərbaycan həbsxanasının darıxdığı ünsürlər bərk əl-ayağa düşüblər. Amma çifayda, qatar çoxdan gedib...

Misal üçün, mifik “arsax prezidenti”nin geydirmə “müşaviri”, 44 günlük müharibədən sonra da “göylər”də süzən David Babayan götün nə çərənləyib. Sitat: “Nə demək mandat alıblar, ya yox? Hesab edirəm ki, onlar erməni xalqından “artsax”ı qorumaq və saxlamaq üçün mandat alıblar. Bu, Ermənistanın Konstitusiyasında, “Mülki Müqavilə” partiyasının nizamnaməsində və hökumətin proqramında yazılıb. Onlar bu öhdəliyi öz üzərilərinə götürüblər. Nə demək mandat almamışıq? Bəs “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanımaq üçün mandat alıblarmı?”

Amma öz aramızdı, separatçı qalığı bu yerdə yalan-zad söyləməyib. Təkcə o yox, ümumən erməni radikal revanşist camiyəsi, erməni lobbisi və katolikosluğu neçə vaxtdır məhz bu “tutarqa”dan yapışıb Paşinyan iqtidarına təzyiq edirlər. Çünki həqiqətən Ermənistanın indiyədək qüvvədə olan 1995-ci il konstitusiyasında (preambula) keçmiş DQMV Ermənistanın tərkib hissəsi kimi göstərilib.

Paşinyan hökumətinin çözməli olacağı ən çətin tənlik də məhz hazırkı konstitusiyanı beynəlxalq hüquqa və 29.74 kv km-lik Ermənistana uyğunlaşdırmaq olacaq. Zira, həmin konstitusiyaya əsasən onun ərazisi 34.2 min kv km-dir, yəni “DQMV” ilə birgə...

Müxtəsəri, kapitulyant ölkə öz əsas qonşuları Türkiyə və Azərbaycanla nəhayət, dinc-yanaşı mövcud olmaq və inkişaf yolu tutmaq istəyirsə, təcili şəkildə beynəlxalq hüquqi məkana qayıtmalı və onun normal subyektinə çevrilməlidir. Azərbaycanın halal zəfərindən sonra onsuz da dünyada “miatsum” göz yaşlarına inananlar, demək olar, qalmayıb. Ermənilərin özlərindən savayı.

Konstitusion düzəlişi isə Azərbaycanla imzalanacaq sülh müqaviləsi də diktə edəcək. İki variant var: ya bunu hakim partiyanın parlamentdəki çoxluğu həyata keçirəcək, yaxud da referenduma gediləcək. Hər iki halda həlledici amil erməni cəmiyyətinin mövqeyi olacaq. Məhz onda bilinəcək ki, bu köçmən xalq sülhü tərcih edir, yoxsa müharibəni, sink tabutları? Nikol və komandasının ardınca gedəcək, yoxsa “müharibə partiyası”nın?

Hərçənd Paşinyan və komandasının, eləcə də praqmatik düşünən azsaylı erməni ziyalılarının öz xalqını ədalətli sülhə necə hazırlayacağı da az önəm kəsb etməyəcək. Ancaq bu bizim yox, ermənilərin problemi, dərdidir. Eyni zamanda, qəliz problemdir. Axı söhbət az qala ana südü ilə keçən bir vərdişi, anormal xarakteri, xəstə təfəkkürü dəyişməkdən gedir. Erməni toplumunun bölgədəki bundan sonrakı fiziki varlığı yüzdə yüz yeni transformasiyaya bağlı bir duruma gəlib.

Zibili özləri töküblər, özləri də yığışdırmalıdırlar. Kənardan kimsə bunu onların yerinə etməyəcək. Ən ümdəsi, “miatsum” xəstəliyinin, “Böyük Ermənistan” mərəzinin bir daha residiv verməməsi üçün çox vacibdir ki, erməni analarının öz körpələrinə verdiyi “süd”ün müalicəsinə başlanılın. Özü də vaxt itirilmədən...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR