Onlayn ictimai-siyasi qəzet
Bir sıra iri investisiya fondları, o cümlədən "Soros Capital" ikinci rübdə dünyanın ən böyük çip istehsalçılarından olan "Nvidia Corp"dakı paylarını azaldıb.
Musavat.com xəbər verir ki, onlar Amerika qrafik prosessoru istehsalçısının səhmlərinin dəyərində əhəmiyyətli artımı nəticəsində böyük mənfəət əldə etdikdən sonra bu addımı atıblar.
"Market Watch" qeyd edir ki, "Nvidia" səhmləri 2023-cü ilin əvvəlindən bəri 8 dəfədən çox bahalaşıb. Treyderlər "Nvidia" və bir çox digər İT şirkətlərinin səhmlərini süni intellekt bazarının sürətli inkişafı fonunda gəlir artımı potensialına görə qiymətləndirirlər.
"Nvidia"nın səhmlərinin qiyməti ikinci rübdə 4,4 faiz ucuzlaşıb.
Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, "Soros Capital" ötən rübdə şirkətin 217 min səhmini satıb.
Amerikalı milyarder Stenli Drakenmillerin "Duquesne Family Office" şirkəti "Nvidia"nın təxminən 1,5 milyon səhmini və ya şirkətdəki payının 88 faizini, Devid Tepperin "Appaloosa Management"i isə 3,7 milyon səhmini və ya payının 84,4 faizini satıb.
"Maverick Capital" və "Elliott Management" də keçən rübdə "Nvidia"dakı paylarını cüzi həcmdə azaldıblar.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ