İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA Rəyasət Heyəti aparatının rəhbəri işdən çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov işdən çıxıb.

Bu barədə AMEA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Seyfəl Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib.

“Onun müraciəti qəbul olunub”, - bildirilib.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Seyfəl Həsənovu aparat rəhbəri vəzifəsinə AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev təyin edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR