İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı ayda Rusiyada ölənlərin sayı illik müqayisədə 33,4 min nəfər çox olub: Müharibə itkiləri?

Bu ilin birinci yarısında Rusiyada əhalinin təbii azalması (ölənlərin sayının doğulanların sayından çox olması) 321 518 nəfər təşkil edib.

Musavat.com xəbər verir ki, bu məlumatı Rosstat açıqlayıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Rusiyada əhalinin təbii azalması 272 520 nəfər olmuşdu. Beləliklə, aydın olur ki, cari ilin birinci yarısında bu rəqəm 18 faiz artıb.

2024-cü ilin yanvar-iyun aylarında doğulanların sayı ötən ilin eyni dövründəki 616,2 min uşaqdan 599,6 minə enib. Bu müddətdə ölənlərin sayı 2023-cü ilin yanvar-iyun aylarındaki 888,7 min nəfərdən 921,1 min nəfərə yüksəlib.

Ümumilikdə 2023-cü ildə əhalinin təbii azalması 500,3 min nəfər təşkil etmişdi.

2024-cü il iyunun 1-nə Rusiya əhalisinin sayı 145,9 milyon nəfər təşkil edib (ilin əvvəlindən 5 ayda 223,1 min nəfər azalıb). Rosstatın bu göstəricilərinə Ukraynadan ilhaq edilən ərazilərin əhalisi daxil edilməyib.

Qeyd edək ki, rəsmi statistika ötən illə müqayisədə bu ilin 6 ayında ölüm sayının ötən illə müqayisədə 33,4 min nəfər artdığını göstərir. Bu, Ukraynadakı işğalçı müharibədəki itkiləri əks etdirir. Nəzərə alsaq ki, Rusiya kütləvi şəkildə digər ölkələrin vətəndaşlarını müharibəyə cəlb edir və ön cəbhəyə əsasən onları göndərir, onda 6 ayda ümumi itkilərin sayının ən azı iki dəfə çox olduğunu söyləmək olar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR