Onlayn ictimai-siyasi qəzet
Ekologiya fəalları bazar ertəsi Berlində Almaniya Maliyyə Nazirliyinin binasına hücum çəkərək içəriyə daxil olub və etiraz aksiyası keçiriblər.
Musavat.com-un Oxu.az-a istinadən məlumatına görə, bir neçə nəfər Vilhelmştrassedəki binaya soxulub və foyedə bannerlər açıb.
Onlar qeyd ediblər ki, Almaniyanın maliyyə naziri Kristian Lindner yoxsul ölkələr üçün borcların azaldılması imkanlarını müzakirə edəcəyinə söz verib, lakin vədini yerinə yetirməyib.
Eyni zamanda, ətraf mühit fəalları Almaniya paytaxtında bəzi magistral yollarda növbəti dəfə nəqliyyatın hərəkətini bağlayıb. Onlardan bəziləri özlərini asfalta yapışdırıblar.
15 Oktyabr 2024
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ