İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın federal kansleri Olaf Şoltsu Kiyevdə görməyə hazırdırlar

Almaniyanın federal kansleri Olaf Şolts Ukraynaya dəvət olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın AFR-dəki səfiri Andrey Melnik bildirib. Bu bəyanat AFR Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərinin arzuolunmazlığı barədə xəbər fonunda səsləndirilib. Ukrayna səfirliyinin mətbuat üçün rəsmi məlumatında deyilir ki, Ukrayna tərəfinin Almaniyanın federal Prezidentini dəvət etməkdən imtinası “onun Rusiya rəhbərliyi ilə olduqca sıx əlaqələri” ilə bağlıdır.

Kiyevdə Ştaynmayerin əvəzinə federal hökumətin başçısı Olaf Şoltsu görməyə şaddırlar. Siyasətçilərin müzakirə edəcəyi əsas mövzu AFR-də istehsal edilən ağır silahların tədarükü olacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR