Onlayn ictimai-siyasi qəzet
Almaniyanın şimalında şəhərətrafı qatarda bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi Şlezviq-Holşteyn federal torpaqların daxili işlər nazirliyinin rəhbəri Sabine Sütterlin-Vakka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qatar Kiel şəhərindən Hamburqa gedib və faktla bağlı həbs edilən var.
Qeyd olunub ki, hücum qatarın Ştayunburq rayonundakı Brokştedt stansiyasına çatmasından az əvvəl baş verib.
Hazırda daha bir nəfərin vəziyyəti ağırdır. Nəşrin məlumatına görə, hadisəni törədən şəxs Suriya əsilli olub. Polis onu Brokştedtdə saxlayıb. Cinayətin motivləri hələ də bəlli deyil.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ