İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada hər dörd gəncdən biri yoxsulluq riski altındadır

Almaniyanın Bertelsmann Fondu “Almaniyada uşaq və gənclərin yoxsulluğu” mövzusunda apardığı təhlilin nəticələrini dərc edib

Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada uşaq və gənclər yoxsulluğu həll olunmamış problem olaraq qalır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, təhlillərə görə, ölkədə hər 5 uşaqdan və hər 4 gəncdən biri yoxsulluq riski altındadır.

Fondun təhlilində, " 2021-ci ildə təxminən 2,9 milyon uşaq və gənc, 18-25 yaş arası 1,55 milyon gənc yoxsulluq riski altındadır”,-deyə qeyd edilib.

Təhlildə bildirilib ki, qiymət artımları və böhranlar səbəbindən yoxsulluq içində böyüyən gənclər hər gün məhrumiyyətlərdən, fədakarlıqlardan, rüsvayçılıqdan əziyyət çəkirlər. Qeyd olunur ki, bu vəziyyət getdikcə daha da pisləşəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR