İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada dövlət borcu rekord həddə çatdı  

Almaniyanın dövlət borcu rekord həddə - 2,37 trilyon avroya çatıb. Ölkənin Federal Statistika İdarəsinin yaydığı məlumata görə, dövlət borcunun artmasına koronavirus pandemiyasının təsirlərinə qarşı mübarizə, həmçinin enerjidaşıyıcılarının bahalaşması səbəb olub.


Musavat.com-un məlumatına görə idarə bildirir ki, 2022-ci il ərzində Almaniya dövlət, torpaq və bələdiyyə orqanlarının ümumi borcu 2021-ci ilin sonu ilə müqayisədə 2 faiz, yaxud 46,1 milyard avro artıb. O cümlədən federal hökumətin borcu 4,6 faiz artmaqla 1 trilyon 620,4 milyard avro olub. Bu artıma 2020-ci ildə pandemiyaya qarşı mübarizə üçün yaradılan Stabilləşmə Fondu vasitəsilə xərcləmələr gətirib çıxarıb.

2023-cü ildə Almaniya resessiya, yüksək inflyasiya və alıcılıq qabiliyyətinin azalması kimi ciddi çağırışlarla üzləşib. Fevralın 27-də maliyyə naziri Kristian Lindner açıqlayıb ki, dövlət büdcəsindən qaytarılmalı olan kreditlərin həcmi 2021-ci ildəki 4 milyard avrodan 2023-cü ildə 40 milyard avroya qədər artıb. Ekspertlər cari il ərzində Almaniyada dövlət borcunun daha 45 milyard avro artacağını gözləyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR