Onlayn ictimai-siyasi qəzet
Avropada təhlükəsizliklə bağlı narahatlıqlar fonunda Almaniya yeni təşəbbüslə çıxış edib.
Musavat.com xəbər verir ki, Almaniyanın Daxili İşlər Nazirliyi (DİN) ölkədə məktəblilərin müharibə və digər fövqəladə vəziyyətlərə hazırlanması ideyasını dəstəkləyib. Nazirlik bildirib ki, təhlükəsizlik siyasətində yaranan son vəziyyət və geosiyasi risklər fonunda mülki müdafiəyə daha çox diqqət yetirilməlidir. Bu diqqət isə xüsusilə təhsil sistemində – məktəblərdə öz əksini tapmalıdır.
Qurumun açıqlamasında qeyd olunub ki, vətəndaşlar evlərində müxtəlif fövqəladə hallara hazır olmaq üçün zəruri ehtiyatlara malik olmalıdırlar. Bu, həm özlərinə, həm ailələrinə, həm də ətrafdakılara yardım etmək və lazım gələrsə, insan həyatını xilas etmək baxımından vacib sayılır.
Xatırladaq ki, mart ayında Avropa Komissiyası da üzv dövlətlər üçün fövqəladə hallara hazırlıqla bağlı strategiyalar sənədi yayımlayıb. Həmin sənəddə vətəndaşlara minimum 72 saatlıq "zəruri ehtiyatlar komplekti" saxlamaq tövsiyə olunurdu.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ