Onlayn ictimai-siyasi qəzet
Adətən seysmik aktivliklə bağlı proqnozlar yayan qalmaqallı tədqiqatçı Frenk Huqerbits yenidən bildirib ki, yaxın günlərdə...
Məlumata görə, hollandiyalı alim oktyabrın 1-dən oktyabrın 3-dək olan dövrün kritik olacağını və güclü zəlzələnin baş verəcəyini bildirib. O, dəqiq harada olacağını deməyib.
“SSGEOS” hesabında yerləşdirdiyi videoda o, bu müddət ərzində maqnitudasının Rixter şkalası üzrə 7 bala çata biləcəyi seysmik aktivlik ehtimalı barədə xəbərdarlıq edərək, zirvənin oktyabrın 2-də baş verəcəyini qeyd edib.
Huqerbits qeyd edib ki, həftə ərzində 4 planetar birləşmə baş verir və Merkuri, Yer və Neptun arasında birləşmənin şahidi ola bilərik. Bu, təhlükəli seysmik fəaliyyətə səbəb ola bilər.
SSGEOS İnstitutunun zəlzələ tədqiqatçısı Huqerbitsin xüsusilə də son bir il ərzində zəlzələlər baş verməmişdən əvvəl bir neçə dəfə xəbərdarlıq etdikdən sonra bütün dünyada çaxnaşma yaradıb.
Məsələn, Türkiyədəki zəlzələdən üç gün əvvəl yazırdı: “Gec-tez bu bölgədə (Cənubi və Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) təxminən 7,5 bal gücündə zəlzələ baş verəcək”.
O, həmçinin Mərakeşdə Rixter şkalası üzrə 6,5 bal gücündə 5000-dən çox insanın ölümünə səbəb olan zəlzələ olacağını proqnozlaşdırıb.
Huqerbitsin proqnozları Yer qabığında artan gərginliyi proqnozlaşdıran riyazi modelə əsaslanır. O hesab edir ki, model zəlzələlərə meylli əraziləri müəyyən etmək və onların nə vaxt baş verəcəyini proqnozlaşdırmaq üçün istifadə edilə bilər.
Şöhrətinə baxmayaraq, Huqerbitsin proqnozları bütün elm adamları tərəfindən dəstəklənmir. Bəziləri onun riyazi modelinin etibarsız və proqnozlarının qeyri-dəqiq olduğuna inanır.
Bəzi geoloqlar təkid edirlər ki, zəlzələlərin baş verməsini proqnozlaşdırmaq qeyri-mümkündür, lakin holland alim öz tənqidçilərinə cavab verməyə və planetlərin hərəkəti və mövqeyinin yer üzündə seysmik aktivliyin səbəbi olduğu nəzəriyyəsinin doğruluğunu təsdiqləməyə çalışır.//Lent.az
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ