Onlayn ictimai-siyasi qəzet
Rus Akademik Dram Teatrının aktrisası Rumiyyə Ağayeva qəzaya düşüb.
Musavat.com xəbər verir ki, aktrisa öz hərəkət zolağında avtomobilini idarə edərkən taksi sürücüsü "Yol ver" işarəsinə məhəl qoymayaraq yola çıxıb.
Rumiyyə qeyd edib ki, taksi sürücüsünün maşını sığortalı olmadığına görə şirkət dəymiş ziyanı qarşılamır:
"Qanuna görə, hər iki avtomobil sığortalı olmalıdır. Lakin taksi sürücüsünün sığortası olmayıb və bu səbəbdən şirkət dəymiş ziyanı ödəmir. Bunun üçün ya məhkəməyə müraciət etməliyəm, ya da qarşı tərəflə danışıqlar aparmalıyam.
"Az-az verəcəyəm" dedi. Mən razı olmadım. Zəmanət yoxdur ki, həmin sürücü sabah "yoxa çıxmayacaq". Hətta ustası da razı olmadı. Yalançıdır. Bu, onun borcudur, yaxşılıq deyil. Ona dedim ki, pul tap, ödə. Cavab verdi ki, "Get hara şikayət edirsən, et. Allah köməyin olsun".
Məhkəməyə müraciət etməliyəm. Ailəm bu maşından istifadə etməlidir. Maddi və mənəvi dəyən ziyan. Allah köməyim olsun".
Könül
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ