İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkələri Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 9-cu sanksiyalar paketi ilə bağlı ortaq məxrəcə gələ bilməyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Çərşənbə günü keçirilmiş danışıqlarda razılıq əldə etmək imkanı olsa da, Polşa və bəzi digər dövlətlərin hələ də etirazları var", - diplomatlardan biri deyib.

Agentliyin məlumatına görə, əsas fikir ayrılığı Aİ-nin Rusiya gübrələrinin Avropa limanları vasitəsilə idxalını asanlaşdırıb-asanlaşdırmaması ilə bağlıdır.

Xatırladaq ki, daha əvvəl Aİ-nin yeni sanksiyalarının Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 169 şirkət və fiziki şəxsi əhatə edə biləcəyi bildirilirdi. Bundan başqa, məhdudiyyətlər 144 fiziki şəxsə, o cümlədən tanınmış şəxslərə, teleaparıcılara və bloggerlərə şamil edilə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR