İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ermənistan şirkətlərinə sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı Rusiyaya elektron avadanlıq tədarük edən Çin şirkətlərinə qarşı sanksiyaların tətbiqini mümkün sayır.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb. Brüsselin fikrincə, belə təchizatlardan Rusiya hərbi sənaye kompleksi istifadə edə bilər. Aİ Rusiya əleyhinə sanksiyaların 11-ci paketinə mikroçiplər, yarımkeçiricilər və digər elektron məhsullar istehsal edən yeddi Çin şirkətini daxil etməyi planlaşdırır.

Qəzetin yazdığına görə, sanksiyalar siyahısına materik Çindən iki şirkət - "3HC Semiconductors" və "King-Pai Technology", həmçinin Honq-Konqdan beş şirkət daxildir: "Sinno Electronics", "Sigma Technology", "Asia Pacific Links", "Tordan Industry", "Alpha Trading Investments".

Bundan əlavə, Aİ BƏƏ, Suriya və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR