İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Rusiyaya ÇAĞIRIŞ - Bəhanə etməyin!

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Müdafiə Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ İnkişaf Nazirləri Toplantısı öncəsi Kreml Sarayına pilotsuz təyyarə hücumu ilə bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Borrell Rusiyanı sözügedən hücumdan bəhanə kimi istifadə etməməyə çağırıb.

"Biz Rusiyanı iddia edilən hücumdan müharibənin eskalasiyasını davam etdirmək üçün bəhanə kimi istifadə etməməyə çağırırıq. Bizi narahat edən odur ki, dron hücumundan daha çox insanın hərbi xidmətə cəlb edilməsi, daha çox qoşun yeridilməsi və Ukraynaya növbəti hücumlara haqq qazandırmaq üçün istifadə oluna bilər" -  o bildirib.

Qeyd edək ki, Rusiyadan verilən açıqlamada Kreml Sarayına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi açıqlanıb və hücumun Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdi olduğu bildirilib. Putinin hücum zamanı Kremldə olmadığı qeyd edilib. Ukrayna prezidenti Vladimir Zelenski isə Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın olması ilə bağlı iddialarını rədd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR