İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-də Rusiyanın dondurulmuş aktivləri ilə bağlı müzakirələrin bərpası gözlənilir

"Avropa İttifaqı (Aİ) ölkələri liderlərinin Rusiya Bankının dondurulmuş aktivlərindən vəsaitlərin Ukraynaya dəstək üçün yönəldilməsi ilə bağlı müzakirələrə yeni təkan verəcəyi gözlənilir".

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Financial Times”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələnin həllində irəliləyiş əldə etmək üçün güclü siyasi maraq var.

Xatırladaq ki, Aİ-nin məlumatına görə, ittifaqa üzv olan ölkələr Rusiya Mərkəzi Bankının 300 milyard avroluq və rusiyalı iş adamlarının isə, təxminən, 20 milyard avroluq aktivlərini dondurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR