İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamdakı Türkiyə-Rusiya mərkəzi bağlana bilər

ABŞ Türkiyəni Ukraynaya daha çox silah verməyə razı salmağa çalışır ki, bu da iki ölkə arasında münasibətlərin soyumasına və Cənubi Qafqazdakı əməkdaşlığa mütləq şəkildə təsir edəcək

Ukrayna münaqişəsi başlayandan Türkiyə Kiyevi silahla, ilk növbədə pilotsuz təyyarələrlə təmin edirdi, lakin indi ABŞ və Avropa İttifaqı çətin vəziyyətdə olduğu üçün Vaşinqton türk müdafiə sənayesini Ukraynanın əsas silah tədarükçüsünə çevirməyi planlaşdırır. “Komsomolskaya pravda” “Aydınlıq” nəşrinə istinadən belə məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən Ukraynada pilotsuz təyyarələrin istehsalı zavodunun yaradılması ilə yanaşı, ABŞ-da və Texasda Türkiyə müdafiəsinin artilleriya mərmilərinin istehsalı üçün zavodun yaradılması da planlaşdırılır. ABŞ artıq Türkiyə ilə 155 mm-lik sursat istehsalı üçün ehtiyat hissələrinin tədarükünü artırmaq üçün danışıqlar aparır.

İddia olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenlə bu məsələni müzakirə edəcəyi gözlənilir. 

Bir müddət əvvəl Türkiyənin Maltəpə Universitetinin (İstanbul) professoru Həsən Ünal bildirib ki, Rusiya Türkiyədən Ukraynaya silah tədarükünü qəbullanmalıdır. Ünalın sözlərinə görə, PUA-ların tədarükü sayəsində Ukrayna ordusu Rusiya ordusundan güclü olmayacaq. Ünal qeyd edib ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Əgər bu gerçəkləşsə, Türkiyə-Rusiya münasibətləri gərginləşə və bu da bölgəmizdəki vəziyyətə təsir edə bilər. Xüsusilə nəzərə alsaq ki, Rusiya və Türkiyə Cənubi Qafqazda vəziyyətə əhəmiyyətli təsiri olan ölkələrdir. Hələ də Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətdədir. Türkiyə Ukraynaya fəal silah göndərməsinin regionumuza hansı mənfi təsirləri ola bilər?

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Rusiya və Türkiyə tarixən münasibətləri kifayət qədər mürəkkəb, bir sıra hallarda ziddiyyətli olan güc mərkəzləri kimi özünü göstərib: “Eyni ziddiyyətli situasiya bu gün də davam edir, lakin Ankara və Moskva arasında tarixin heç bir dövründə olmadığı qədər uğurlu uzlaşma müşahidə olunur. Lakin hər iki gücün, eyni zamanda özlərinin üst-üstə düşməyən maraqları da var ki, qarşılıqlı uzlaşmanın təmin edildiyi hazırkı situasiyada bəzi hallarda mənafelərin toqquşmasına da şahidlik edirik. Lakin çoxəsrlik ziddiyyətlərdən fərqli olaraq bu gün Moskva və Ankara problemləri masada müzakirə etmək iradəsi də nümayiş etdirə bilir və bu prosesdə Azərbaycan amilinin rolu xüsusi qeyd edilməlidir.

2020-ci il 10 noyabr bəyanatının beşinci bəndi ilə münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Yeni nəzarət mexanizmi olan bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri ilk dəfə olaraq Cənubi Qafqazda birgə fəaliyyət göstərməyə başladılar. Həmin dövrdən etibarən proseslərin axarı da göstərdi ki, Rusiya və Türkiyə arasında balanslı münasibətlər Cənubi Qafqazda mövcud olan cari “status-kvo” üçün vacib zəminlərdən biridir. Lakin həlledici amil deyil. 

Düzdür, Rusiya-Türkiyə əlaqələrinin tamamilə arzuolunmaz mərhələyə qədəm qoyması ağlabatan deyil, lakin nəzərə almalıyıq ki, hətta proseslər Ankara-Moskva münasibətlərinin arzuolunmaz vektorları üzrə davam edərsə və bu regionda ümumi abı-havaya təsir göstərərsə də belə, bütövlükdə Azərbaycanın Cənubi Qafqazda hərbi-siyasi yolla yaratdığı reallığın təməlli sarsılması müzakirə mövzusu ola bilməz. İlk növbədə ona görə ki, Cənubi Qafqazdakı mövcud status-kvonu Türkiyə və Rusiya yaratmayıb, bu reallığı müstəqil iqtisadi və siyasi suveren güc olan Azərbaycan özü hərbi-siyasi qələbəsi ilə formalaşdırıb. Məhz bu mənada, hətta proseslərin arzuolunmaz axarı belə Azərbaycanın iradəsinin ziddinə, regionda cari reallıq üçün dağıdıcı təsirə malik ola bilməz".

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola  bilməz” - MÜSAHİBƏ

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-in sədri Emin Həsənlinin sözlərinə görə, son 20 il müddətində Türkiyənin hərbi sənaye potensialı həddindən artıq güclənib: “Əgər Rəcəb Tayyib Ərdoğandan öncə qardaş ölkə 20 faizə qədər özünü silahla təmin edə bilirdisə, indi bu rəqəm 80 faizin üzərindədir. Bütün qoşun növləri üzrə çox modern silahlar istehsal olunur. Hazırda silah istehsalı sahəsində Türkiyə dünyada əsas yerlərdən birini tutur. Türk silahları 44 günlük Vətən müharibəsində böyük sınaqlardan çıxdı. Düzdür, Suriyadakı antiterror əməliyyatlarında Türkiyə bu silahlardan istifadə etmişdi. Amma Vətən müharibəsində bütün dünya buna şahidlik etdi. Amerikanın da diqqətini xüsusi çəkdi. Türkiyə də istəyir ki, bu silahlar dünyanın böyük bir qisminə yayılsın. Bilirsiniz ki, hansı ölkələrdən silahlar daha çox alınırsa, həmin ölkələrin təsir dairəsi də çox güclü olur. Amerika ilə Türkiyə arasındakı münasibətlərdə soyuqluq var. Xüsusilə ABŞ qardaş ölkənin müstəqil siyasət yürütməsini qəbul edə bilmir. Türkiyənin hazırda dünyada nüfuzu çox böyükdür. Rusiya ilə yaxın əlaqələri olsa da, Ukraynaya da yardım etdi. Eyni siyasəti Azərbaycan da yürütdü. NATO ölkələri artıq rəsmi Ankaranın yürütdüyü siyasətlə razılaşmağa məcbur qalıblar. Türkiyənin uğurları həm də Azərbaycanın uğurları deməkdir. Təbii ki, Amerika, Rusiya və Türkiyə arasında tam razılaşma heç zaman mümkün olmayacaq. Çünki bu ölkələrin maraqları bir çox yerlərdə toqquşur. Sona qədər bu ölkələr bir-biri ilə müttəfiq ola bilməzlər. Amma bu bir reallıqdır ki, hər kəs Türkiyəni qəbul edir, onun gücü ilə reallaşır”. 

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd qeyd etdi ki, müharibədən qazanclı çıxanlar silah satan ölkələr olur: “Rusiya-Ukrayna müharibəsinə baxsaq, Qərb ölkələri zamanında götürdüyü öhdəliyə görə Ukraynaya dəstək verməlidir. Ona görə də onlar az qazananlar siyahısındadır. Zelenski hətta etiraf etdi ki, ayrılan pulların çoxu Ukraynaya gəlmir, elə yerindəcə silahlara verilir. Yəni Avropadakı silah şirkətləri, ABŞ-ın silah şirkətləri bu sahədə qazanmaqdadır. Türkiyə isə bu məsələdən ən qazanclı çıxan ölkələrdəndir. Türkiyə sanksiyalara qoşulmayaraq həm də Rusiya ilə ticarətini davam etdirir, özü də artan xətlə. Ukraynaya isə silah satışını həyata keçirir. Qərb ölkələri yeni texnologiyalara başı qarışdığı üçün mərmi istehsalını axsatmışdılar. Türkiyə bu boşluğu doldurmaqdadır. Türkiyə dron istehsalını da genişləndirib. Hazırda həm mərmi, həm də drona çox ciddi ehtiyac yaranıb. Ona görə də Türkiyə Rusiya ilə münasibətləri pozmadan balansı qoruyaraq Ukraynaya mərmi, dron və raketlər satır. Rusiya sanksiyaları həm də Türkiyə üzərindən yardığı üçün bu məsələyə göz yumur. Hesab edirəm ki, Türkiyə balansı qoruduqca, Rusiya ilə arasında problem yaşamayacaq. Əks halda, Rusiya ilə münasibətlərin pozulması çox ağır nəticələr verə bilər. Heç şübhəsiz ki, Rusiya ilə Türkiyə münasibətlərinin soyuqlaşması Cənubi Qafqaza mütləq şəkildə təsir edəcək. Türkiyə Cənubi Qafqazın söz sahiblərindən biri sayılmır. Çünki Cənubi Qafqazda söz sahibi olmaq üçün 3 ölkəyə də təsir imkanları olmalıdır. Faktiki olaraq Ermənistana Türkiyənin təsir imkanları sıfıra bərabərdir. Türkiyə bilir ki, Cənubi Qafqaza daxil olmaq, söz sahibi olmaq üçün indiki məqamda Rusiya ilə yaxşı keçinməlidir. Rusiya ilə Azərbaycanın münasibətləri Türkiyədən asılı olmadan yaxşı səviyyədədir. Burada Avropa İttifaqının, ABŞ və Fransanın xüsusi rolu var. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi Azərbaycana da təsir edəcək. Çünki istər müharibə, istərsə də antiterror və digər məsələlər maraqların uzlaşması ilə həyata keçib. Əgər maraqlarda uzlaşma olmayacaqsa, regionda gərginlik artacaq. Azərbaycan da təbii ki, zərərli çıxanlardan olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR