İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam sakinində narkotik aşkarlanıb

Ağdam rayon sakinində marixuana aşkarlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövryyəsində şübhəli bilinən Vaqif Mahmudov saxlanılıb.

Onun yaşadığı ünvana baxıș zamanı bir kiloqrama yaxın marixuana və elektron tərəzi, eləcə də müxtəlif çaplı patronlar aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR