Onlayn ictimai-siyasi qəzet
Ağcabədi rayonunda itə şiddət göstərilib.
Musavat.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Belə ki, itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, yayılmış videogörüntü ilə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır:
“Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ