İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə ZƏLZƏLƏ kimi hadisə - "Bayden küncə sıxılmış siçan kimi..."

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin əvvəlki şəxsi ofisində və evində onun vitse-prezident olduğu vaxta aid məxfi sənədlər tapılıb. Tapılan 10 gizli sənəddə 2013-2016-cı illərdə hazırlanmış Britaniya, İran və Ukrayna ilə bağlı kəşfiyyat mətnləri yer alıb.

Musavat.com xəbər verir ki, qalmaqallı hadisə ilə bağlı "New York Post"dan diqqətçəkən iddia gəlib.

"Panika zamanı" başlığı ilə oxuculara təqdim edilən xəbərdə Co Baydenin panika içində olduğu qeyd edilib.

63ce65fc4e3fe00d9c6ad559.jpg (109 KB)

"ABŞ-ın baş prokuroru Merrik Garland Baydeni araşdırmaq üçün xüsusi bir səlahiyyətli təyin etməyə cəsarət etdi. Bayden keçən həftə Kaliforniyada küncə sıxılmış siçan kimi göründü" - "New York Post" yazıb.

Qəzet Ağ Evdə çaxnaşma atmosferi olduğunu iddia edib.

"HuffPost" isə xəbər verir ki, Baydenin hazırkı Baş Qərargah rəisi Ron Klain yaxın həftələrdə vəzifəsini tərk etməyə hazırlaşır. Eyni xəbərə görə, Bayden Klaindən boş qalan yeri Jeff Zientsə həvalə edəcək.

Qeyd edək ki, sənədlər tapıldıqdan sonra Baydenin şəxsi vəkilləri vəziyyətlə bağlı Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxlayıb, Ədliyyə Nazirliyi araşdırmaya başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR