İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev aclıq təhlükəsi ilə üz-üzə olan milyonlarla insana yardımı dayandırıb

ABŞ prezidenti Donald Trampın administrasiyası əvvəlcə dəstəyi davam etdirəcəyinə söz verdiyi bir neçə ölkə üçün yardım proqramlarını kəsib.

Musavat.com xəbər verir ki, məlumatı “The New York Times” (NYT) qəzeti rəsmilərə və humanitar təşkilatların əməkdaşlarına təqdim olunan siyahılara istinadən məlumat yayıb.

Bu siyahılara əsasən, ABŞ Əfqanıstan, İordaniya, Yəmən, İraq, Konqo Respublikası, Livan, Madaqaskar, Mali, Niger, Nigeriya, Suriya, Somali, Çad və Ekvadorda proqramların maliyyələşdirilməsini dayandıracaq. Aprelin 9-da Reuters agentliyi mənbələrə istinadən xəbər verib ki, Ağ Ev daha sonra Livan, Suriya, Somali, İordaniya, İraq və Ekvadorda Ümumdünya Ərzaq Proqramına (ÜƏP) ödənişləri bərpa etmək qərarına gəlib.

Ümumdünya Ərzaq Proqramı hesab edir ki, Vaşinqtonun yardım göstərməkdən imtina etməsi ən çox 2 milyon insanın, o cümlədən 400 min uşağın ərzaq təminatından asılı olduğu Əfqanıstana təsir edəcək. 2,4 milyon insanın humanitar proqramlar vasitəsilə qida aldığı Yəmən əhalisi də əziyyət çəkəcək.

ABŞ Beynəlxalq İnkişaf Agentliyindəki (USAID) mənbə qəzetə deyib ki,I onlar tez-tez bu və ya başqa bir proqramın dayandırılması barədə məlumatı birbaşa maliyyə almağı dayandıran humanitar təşkilatlardan öyrənirlər.

Fevralın əvvəlində Tramp beynəlxalq təşkilatlara əhəmiyyətli maliyyə ayıran USAID-in fəaliyyətini dayandırıb. Daha sonra Amerika administrasiyası agentliyin və Dövlət Departamentinin yardım müqavilələrinin 92 faizini ləğv etmək niyyətində olduğunu açıqladı. Martın 10-da ABŞ Dövlət Katibi, USAİD-in müvəqqəti rəhbəri vəzifəsinə təyin edilmiş Marko Rubio bəyan edib ki, altı həftəlik araşdırmadan sonra ABŞ hökuməti agentliyin proqramlarının 83 faizini rəsmi olaraq dayandırıb. Onun sözlərinə görə, ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-ın maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR