İnsanlara hürriyət, millətlərə istiqlal!

AEBA rəhbəri: “Şimali Koreya fəal şəkildə nüvə sınağına hazırlaşır”

"Şimali Koreya fəal şəkildə nüvə sınağına hazırlaşır".

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Cənubi Koreyaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, KXDR-in hakim dairələri hələ də sınaqların keçiriləcəyi tarixlə bağlı qərar verməyib.

“Vəziyyət olduqca narahatedicidir. Onlar nüvə sınaqlarına fəal şəkildə hazırlaşırlar, eyni zamanda faktiki sınaq tarixini seçməkdə çeviklik nümayiş etdirirlər”, - R.Qrossi söyləyib.

AEBA rəhbəri sınaqların keçirilməsinin çox arzuolunmaz olacağını qeyd edib.

Qurum Şimali Koreyadakı vəziyyəti izləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR