İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “AŞPA-nın qərəzli addımları Azərbaycana qarşı “ikili standart” siyasətinin davamıdır”

AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi “ikili standart”la əlaqədar deməliyəm ki, bu təsisat qarşısına qoyduğu hədəflərdən tam kənara çıxmış, ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarına davam edir. Azərbaycan bu təsisata üzv olan gündən dəfələrlə Ermənistanın təcavüz siyasəti ilə əlaqədar addımların atılmasını tələb etməsinə baxmayaraq, məhz Assambleya işğal faktorunun onların predmeti olmadığını qeyd edib, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənib.

Məhz AŞPA-nın bu siyasətinin arxasında Fransa və erməni lobbiçilərinin ayırdığı qrantlar və maliyyələrdən bəhrələnin “siyasətçi”lər dayanır. Fransa öz xarici siyasətində ardıcıl buraxdığı nöqsanlar hesabına bu gün dünyada özünü “mat” vəziyyətinə salmış və rəsmi Paris anlayır ki, Azərbaycan dünyaya bu ölkənin yüzillərdi həyata keçirdiyi kolonist siyasətini göstərmişdir. Nəticədə Fransa atdığı addımlara görə artıq beynəlxalq siyasətin oyunçusu kimi nüfuzunu itirib, belə olduqda onlar Azərbaycanafob missiyanı həyata keçirmək üçün Almaniyanı prosessə cəlb ediblər. Guya sosialistlərin əli ilə ölkəmizə qarşı kompaniyaya cəhd göstərir, deputatlarımızın etimadnaməsini şübhə altına salmağa cəhd edirlər. Buna səbəb olaraq da bildirirlər ki,  2023-cü il aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edib. Habelə bura səfər etmək istədiklərini bildirsələrdə müsbət cavab ala bilməyiblər.

Əslində AŞPA-nın bugünkü davranışının fonunda bir neçə əsas səbəb var:

Birincisi, AŞPA hazırda Fransanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir qurumdur. Bu qurum uzun illər Ermənistanın təcavüzkar siyasətinə qarşı susmasına baxmayaraq, son bir neçə ayda aktiv şəkildə “ikili standart” siyasəti həyata keçirirlər.

İkincisi, bu qurumu narahat edən əsas məsələ ölkəmizin heç bir kömək olmadan, təkbaşına ərazi bütövlüyünü bərpa etməsi və suverenliyini bərqərar etməsidir. Beynəlxalq normalarda nəzərdə tutulmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını təmin etməyimiz, yəni beynəlxalq hüququ icra etməyimiz Qərb dairələrini narahat edir.

Üçünçüsü, AŞPA-nın əsas tələbi ondan ibarət idi ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi ləğv olunsun. Yəni, daha dəqiq desək ermənilərin silah, sursat, partlayıcı maddələr daşımasına, Azərbaycan ərazisində yerləşdirilməsinə icazə vermədiyimiz üçün qərəzli bəyanat qəbul edirlər. Nə edək? Dəfələrlə Azərbaycan tərəfi dedi ki, hərbi əməliyyatlar 2020-də başa çatıb, işğaldan azad olunmuş ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar basdırılır, lakin beynəlxalq ictimaiyyət çox hallarda bu hadisəyə də təəssüf ki, susdu.

Dördünücüsü, onların bura səfəri təbii ki, məqsədli olacaqdı, yalandan yazacaqları hesabatlarla ölkəmizi gözdən salmağa hesablanmışdır. Əsas məqsədləri “ermənilərin hüquqları”nın pozulmasını qeyd edəcək sənədlərin hazırlanması idi ki, təbii ki, buna heç bir halda imkan vermək olmazdı.

Əsas səbəb isə ölkəmiz təkbaşına beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarına uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməsi məhz bəzi Qərb dairələrinin xoşuna gəlmədi.

Ermənistanın özü vaxtilə həyata keçirdiyi təcavüz faktını qəbul edərək, Azərbaycanın suverenliyinin tanınması istiqamətində addımların atılması anında bu təsisatların etdiyi “canfəşanlıq” onların iç üzlərini göstərir.  Əsas məqsədləri hər vəchlə Cənubi Qafqazda sülhün qarşısında əngəl olmaqdır.

Lakin, unutduqları bir məqam var, Azərbaycanla təhdid dili ilə danışmaq və onu nəyəsə məcbur etmək kimi yalnış düşüncələr bu qurumların özlərindən başqa heç kəsə zərər verməyəcəkdir.

Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR