İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yenə Ukraynanı silahlandırır: Bu dəfə böyük məbləğ xərclədi

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ Ukraynaya 125 milyon dollar dəyərində əlavə hərbi yardım edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Kirbi bildirib ki, yeni yardım paketi" Rusiyanın təcavüzünə müqavimət göstərməyə davam edən Ukraynaya sarsılmaz dəstəyi” vurğulayır.

ABŞ dövlət katibi Entoni Blinken aydınlaşdırıb ki, yardım hava hücumundan müdafiə sistemləri üçün raketlər, raket sistemləri və artilleriya üçün sursat, radarlar və tank əleyhinə silahlardan ibarət olacaq və ABŞ ehtiyatlarından veriləcək.

Blinken əmindir ki, avadanlıq Ukraynaya öz qoşunlarını qorumağa və bütün döyüş təmas xətti boyunca imkanlarını artırmağa kömək edəcək. İyulun sonunda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan edib ki, ABŞ-ın dövlət borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçməsinə baxmayaraq, Vaşinqton Ukrayna münaqişəsinə böyük vəsaitlər xərcləyir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR