İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vətəndaşları 2022-ci il üçün ölkənin əsas problemini açıqlayıb

ABŞ vətəndaşları başa çatmaqda olan 2022-ci ildə əsas problemin ölkə rəhbərliyinin qeyri-qənaətbəxş fəaliyyəti olduğunu açıqlayıblar.

“Report” xəbər verir ki, bunu “Gallup”un keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 19%-i ABŞ üçün əsas problemin hökumət olduğunu bildirib. Respondentlərin 16%-i inflyasiya və qiymət artımını çağırış hesab edib, 12%-i isə ən çox ümumilikdə iqtisadiyyatın cari vəziyyətindən narahatdır.

Amerikalıların fikrincə, 10 əsas problemə, həmçinin immiqrasiya, benzin qiymətləri, cinayət və yoxsulluq da daxildir.

Eyni zamanda, ABŞ-da 2022-ci ilin əsas problemini Rusiyanın Ukraynadakı müharibəsi edənlərin payı azalıb. Respondentlərin təxminən 1%-i hesab edir ki, bu, ABŞ üçün ən vacib məsələdir. Mart ayında bu göstərici 9% təşkil edib.

Qeyd edək ki, sorğu noyabrda və dekabrın əvvəlində aparılıb. Sorğuda minə yaxın insan iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR