İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

Cənubi Koreya və ABŞ oktyabrın 31-dən noyabrın 4-dək 200-dən çox təyyarənin iştirakı ilə genişmiqyaslı birgə hərbi hava qüvvələri (HHQ) təlimi keçirməyi planlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təlimlərdə Cənubi Koreyadan F-35A, F-15 və KF-16 qırıcıları da daxil olmaqla 140-a yaxın təyyarə qatılacağı, ABŞ-dan isə F-35B qırıcıları da daxil olmaqla, təxminən 100 təyyarə göndəriləcəyi qeyd edilib.

Qeyd edilib ki, planlaşdırılan fəaliyyətin məqsədi Cənubi Koreya və ABŞ hərbi hava hüvvələri arasında hərbi dövrdə kombinə edilmiş hava əməliyyatları sistemlərinin sınaqdan keçirilməsi, həmçinin onların döyüş hazırlığının artırılmasıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR