İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ “vahid Çin” siyasətinə sadiqdir” – Pentaqonun rəhbəri

“Birləşmiş Ştatlar Tayvan boğazında mövcud vəziyyəti saxlamağı planlaşdırır. Vaşinqton vahid Çin siyasətinə sadiqdir”.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

Lakin o qeyd edib ki, ABŞ Çindən Tayvan yaxınlığında artan təxribatçı və sabitliyi pozan fəaliyyət görür: “Biz əvvəlki kimi Tayvan boğazında sülhün, sabitliyin və status-kvonun qorunmasına köklənmişik. Lakin Çinin hərəkətləri Hind-Sakit Okean regionunda təhlükəsizlik, sabitlik və rifahı pozmaq təhlükəsi yaradır”.

Pentaqonun rəhbərinin sözlərinə görə, ABŞ fikir ayrılıqlarının sülh yolu ilə həllinin tərəfdarıdır: “Bura Tayvana özünümüdafiə qabiliyyətini saxlamağa kömək etmək də daxildir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR