Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Ümumdünya Ticarət Təşkilatına (ÜTT) olan maliyyə öhdəliklərini dayandırıb.
Cenevrədə yerləşən təşkilatın 2024-cü il üçün illik büdcəsi 232,06 milyon dollar təşkil edir. ÜTT-nin rəsmi sənədlərinə görə, ABŞ bu məbləğin təxminən 11%-ni ödəməli idi, çünki təşkilatın üzvləri qlobal ticarətdəki paylarına uyğun olaraq rüsum ödəyirlər.
ÜTT-nin qaydalarına əsasən, üzv ölkə bir ildən çox müddət ərzində ödəniş etmədikdə, müəyyən sanksiyalarla üzləşir. Hazırda ABŞ ilk sanksiya kateqoriyasına daxil edilib. Bu, o deməkdir ki, ABŞ rəsmiləri ÜTT-nin strukturlarına rəhbərlik edə və təşkilatın rəsmi sənədlərinə tam çıxış əldə edə bilməyəcək.
Musavat.com
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ