İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya ağıllı bombalar üçün avadanlıq ötürür-Rusiya üçün yeni təhlükə  

 

ABŞ Ukraynaya idarə olunmayan təyyarə sursatlarını düşmən mövqelərini yüksək dəqiqliklə vura bilən “ağıllı” bombalara çevirən elektron avadanlıqlar ötürür.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

“Birgə Birbaşa Hücum Sursatı” (Joint Direct Attack Munition-JDAM) adlanan avadanlıq dəsti qlobal yerləşdirmə qurğusunu da (GPS) ehtiva edir və müxtəlif növ silahlara qoşula bilər. ABŞ ordusu bu texnologiyadan çəkisi 900 kq-a qədər olan hava bombaları üçün istifadə edib.

Qəzetin yazdığına görə, bununla bağlı ABŞ prezidenti Co Bayden və ya onun milli təhlükəsizlik üzrə yüksək rütbəli müşavirləri tərəfindən hələ ki, belə bir qərar verilməyib.

Qəzetin Ağ Evdəki yüksək rütbəli qaynaqları bu dəstlərin Ukrayna Silahlı Qüvvələrinin arsenalında hansı sistemlərdə istifadə oluna biləcəyini də dəqiqləşdirməyiblər. Fakt budur ki, Ukrayna ordusu əsasən sovet tipli texnika ilə silahlanıb.

ABŞ əvvəllər Ukraynanı qabaqcıl silahlarla, o cümlədən “HARM” tipli yüksək sürətli anti-radar raketləri və “HIMARS” tipli yüksək dəqiqdə raket sistemləri ilə təchiz edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR