Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi Ukraynaya hərbi dəstək kontekstində mühüm addım atır.
Musavat.com xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, Pentaqon rəhbəri Pit Heqset Ukraynaya dəstək məqsədilə yaradılmış beynəlxalq “Ramştayn” kontakt qrupunun növbəti iclasında ilk dəfə iştirak etməyəcək.
Bu, ABŞ-ın Ukraynada gedən hərbi münaqişədən uzaqlaşmaq niyyətinin daha bir əlaməti kimi qiymətləndirilir. Qeyd olunur ki, bu görüş üç il əvvəl yaradılmış və 50-dən çox ölkənin müdafiə nazirlərini bir araya gətirən qrupun tarixində ilk dəfədir ki, ABŞ müdafiə naziri həm fiziki, həm də videobağlantı ilə iştirak etməyəcək.
Agentliyin anonim ABŞ rəsmisinə istinadla yaydığı xəbərə görə, Heqset görüşə nə şəxsən qatılacaq, nə də onlayn formada çıxış edəcək.
Bununla belə, o, növbəti gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin toplantısında iştirak edəcək. Bu addım Vaşinqtonun Ukrayna ilə bağlı siyasətində dəyişiklik baş verdiyi barədə yeni suallar doğurub.
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ