Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışının şərtlərini Türkiyəyə çatdırıb.
Söhbət Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir.
Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Konqresdə dinləmələr zamanı çıxışında məlumat verib.
“Biz bunu türkiyəli müttəfiqlərimizə demişdik. Yəqin ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra Konqres Ankaraya F-16-ların satışına daha müsbət yanaşacaq”, - Nuland bildirib.
Qeyd edək ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün dəstək gözləməməlidir.//Oxu.az
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ