Onlayn ictimai-siyasi qəzet
ABŞ Türkiyəni Rusiyaya texnologiya tədarük etdiyinə görə sanksiyalarla hədələyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Amerika tərəfi bu barədə Türkiyənin ticarət nazirinin köməkçisi Metyu Akselrod ilə Ankara və İstanbulda keçirilən görüşdən sonra açıqlama verib.
Nəşrin həmsöhbəti bildirib ki, Akselrodun mesajı Amerika çipləri və Rusiyaya ixrac olunduğu iddia edilən digər hissələrin ticarətinin məhdudlaşdırılmasına yönəlib.
“Biz Türkiyənin səlahiyyətli orqanlarından və sənayesindən tərəqqi, özü də sürətli tərəqqi görməliyik. Əks halda, bizim ixrac nəzarətimizdən yayınanlara qarşı sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”, - ABŞ Ticarət Nazirliyinin nümayəndəsi bildirib. Vaşinqton əmindir ki, Türkiyə hərbi məqsədlər üçün avadanlıqların Moskvaya ötürüldüyü əsas mərkəz olaraq qalır.
“Financial Times”ın məlumatına görə, artıq 18 türk şirkəti qara siyahıya salınıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ