İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Türkiyə qarşısında GERİ ADDIM ATDI - Ərdoğan istədiyinə nail oldu

ABŞ-ın F-16-ların Türkiyəyə satışı ilə bağlı layihəsinə dəyişiklik edilib və iki satış şərti aradan qaldırılıb.

Musavat.com xəbər verir ki, dəyişiklik yekunlaşdıqdan sonra Nümayəndələr Palatasının versiyası ilə birgə mətn halına gətiriləcək və Bayden tərəfindən təsdiq olunacaq.

Qeyd edək ki, 2023-cü il üçün nəzərdə tutulan ABŞ Milli Müdafiə Səlahiyyəti Aktında (NNDA) “F-16-ların və ya F-16 modernizasiya dəstlərinin Türkiyə tərəfindən Yunanıstanın ərazi bütövlüyünün pozulmasında istifadə olunmayacağına” zəmanət verilir və satışın ABŞ-ın marağına uyğun nizamlanması nəzərdə tutulurdu.

Şərtlərin aradan qaldırılmasında Türkiyənin diplomatik səylərinin güclü təsiri olduğu bildirilir.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan PBS kanalına verdiyi müsahibədə ABŞ liderinin ona söz verdiyini demişdi: "Bayden mənə məsələnin həlli barədə söz verdi. F-16 ilə bağlı ABŞ-dan istədiyimiz nəticəni ala bilməsək, başqa variantları gözdən keçirəcəyik”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR