Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən böyük neft-qaz daşıyıcısı olan "Sovcomflot" gəmilərinə qarşı yeni sanksiyaların tətbiqi onların istismarında əlavə əməliyyat çətinlikləri yaradır.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı şirkət yayıb.
Açıqlamada bildirilir ki, "Sovcomflot" sanksiyaların onun fəaliyyətinə mənfi təsirini minimuma endirmək üçün sistemli işini davam etdirir.
Qeyd edək ki. yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi 69 "Sovcomflot" gəmisinə, o cümlədən neft və neft məhsulları daşıyan 54 tanker və mayeləşdirilmiş təbii qazın daşınmasına görə 4 tankerə qarşı sanksiyalar tətbiq edib.
ABŞ ilkin olaraq 2022-ci ilin fevralında "Sovcomflot"a sanksiyalar tətbiq edərək, onun ABŞ-dan hər hansı maliyyə cəlb etməsinə qadağa qoyub. 2024-cü ilin fevralında Birləşmiş Ştatlar "Sovcomflot"u qara siyahıya salaraq sanksiya məhdudiyyətlərini sərtləşdirdi.
Şirkət vurğulayır ki, bütün beynəlxalq və milli qanunlara və ona tətbiq edilən tələblərə həmişə əməl edib və əməl etməkdə davam edir:
"Şirkətin gəmiləri "kölgə donanmasına" aid deyil. "Sovcomflot"a qarşı sanksiyalar şirkət tərəfindən qanun pozuntuları ilə bağlı deyil və heç bir hüquqi əsası yoxdur, onlar yalnız ayrı-ayrı ölkələrin, o cümlədən Birləşmiş Ştatların siyasi maraqlarından irəli gəlir”.
"Sovcomflot" hesab edir ki, bu cür sanksiyalar siyasəti onilliklər ərzində mövcud olan və fəaliyyət göstərən qlobal dəniz ticarət gəmiçiliyi sistemini getdikcə daha çox məhv edir.
"Sovcomflot" mayeləşdirilmiş qaz, neft və neft məhsullarının daşınması üzrə ixtisaslaşıb və dünyanın ən böyük tanker donanması operatorlarından biridir. Onun 82,8 faizi Rusiya dövlətinə məxsusdur.
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ