İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması üçün hərəkətə keçir

Amerikalı qanunvericilər, ABŞ Konqresinin Helsinki Komissiyasının üzvləri Co Bayden administrasiyasını Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq prosesinə başlamağa çağıran qətnaməni parlamentə təqdim ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı "Foreign Policy" jurnalı məlumat yayıb.

Qətnamədə, Rusiyanın BMT nizamnaməsini kobud şəkildə pozduğu, Ukrayna ərazisinin bir hissəsini qanunsuz ilhaq etdiyi, Ukraynada mülki əhaliyə qarşı cinayətlər, nüvə təhdidləri və digər qeyri-hüquqi hərəkətlər həyata keçirdiyi vurğulanır. Qətnamə müəlliflərinin fikrincə, bütün bunlar Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvlük hüququnu şübhə altına alır.

BMT nizamnaməsində bir ölkənin Təhlükəsizlik Şurasına daimi üzvlüyündən məhrum edilməsinin mümkünlüyü nəzərdə tutulmur. Bunun üçün Baş Assambleya üzvlərinin üçdə ikisinin razılığı və qərarın Təhlükəsizlik Şurasının yekdilliklə təsdiqi tələb olunur.

Nəzəri də olsa belə bir qərarın olması halında BMT-nin təsisçi dövlətlərindən biri olan Ukrayna SSRİ-nin varis dövlətlərindən biri kimi BMT Təhlükəsizlik Şurasına daimi üzv olmaq hüququnu elan edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR