İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Quranın yandırılmasını NİYƏ QINAMIR?

Xəbər verdiyimiz kimi, NATO üzvlüyü Ankaranın təsdiqindən asılı olan İsveçdə irqçilik və nifrətlə dolu təxribata imza atan Rasmus Paludan Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırıb.

Musavat.com xəbər verir ki, İsveçdəki qalmaqallı aksiyaya dünya reaksiya versə də, ABŞ hadisəni qınamayıb.

TRT World-ün müxbiri ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Praysın keçirdiyi mətbuat konfransında ABŞ-ın Qurani-Kərimin təhqir edilməsinə yanaşmasını soruşub.

Prays hadisənin hörmətsizlik və iyrənc olduğunu, “bəlkə də, pis niyyətlə edildiyini” deyib, lakin hadisəni qınamayıb.

Jurnalistin “Bir çox müsəlman ölkəsi, təşkilatlar, hətta Birləşmiş Millətlər Təşkilatı da bu hərəkəti pisləyib. Bəs ABŞ bu hərəkəti qınayırmı?” sualına Prays belə cavab verib: “Bəzi şeylər hörmətsizlik ola bilər, lakin eyni zamanda qanuni ola bilər. Bir şey son dərəcə yersiz və ya təxribatçı ola bilər. Bu, dəhşətlidir, lakin qanunidir”.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü "ABŞ-ı bu hərəkəti pisləməyinə nə mane olur?" sualını isə belə cavablandırıb: "İfadə azadlığı bəzən insanlara hörmətsiz və iyrənc hərəkətlər etmək hüququ verə bilər. Başa düşdüyüm qədərilə bu insident özəl bir təxribatçının işidir. Kimsə bilərək bizi iki yaxın tərəfdaşımız olan Türkiyə və İsveçdən uzaqlaşdırmağa çalışır, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən müzakirələrə bilərəkdən təsir göstərməyə çalışır".

Xatırladaq ki, Danimarkanın ifrat sağçı siyasi partiyasının lideri Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Quranı yandırıb. İsveç vətəndaşı olan Paludanın əvvəllər də oxşar aksiyalar təşkil etdiyi məlum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR