İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ PKK/YPG qüvvələrinin olduğu əraziyə yeni qüvvələr göndərdi

 

ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke vilayətindəki baza və hərbi məntəqələrə 70-ə yaxın avtomobildən ibarət hərbi və logistik gücləndirmə karvanı göndərib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, avtomobil karvanını helikopterlər müşayiət edib.

Karvanda 3 zirehli texnika, 8 mazut tankeri, 2 minaaxtaran maşın, sursat və beton qəliblərlə dolu yük maşınları və pikap tipli maşınlar olub.

ABŞ ordusu yanvarın 6, 8 və 22-də terror təşkilatı PKK/YPG-nin Haseke çölündə işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələrinin hazırda Suriyanın Haseke, Rakka və Deyr əz-Zor əyalətlərində təşkilatın işğal etdiyi bölgələrdə bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR