İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nüvə silahlarını müasirləşdirmək üçün Ukraynadakı vəziyyəti izləyir

Amerika Birləşmiş Ştatları nüvə arsenalını modernləşdirmək üçün Ukraynadakı vəziyyəti diqqətlə izləyir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib. O, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının etibarlı və effektiv nüvə arsenalına malik olmasını istədiyini vurğulayıb. Eyni zamanda, Qranholm Amerika nüvə silahlarının modernləşdirilməsi planının təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl amerikalı alimlər Rusiyanın ABŞ-a nüvə hücumunu simulyasiya ediblər.

Bu, milli təhlükəsizlik ekspertlərinin iştirak etdiyi Nüvə Siyasəti üzrə Beynəlxalq Konfransda baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR